Xəbər
2025-02-14
Oracle şirkəti son nəsil Oracle Exadata Exadata X11M platformasını təqdim etdi. O, qeyri-adi performans, artan səmərəlilik və iş yükləri üzrə enerjiyə qənaəti təmin edir.
Yeni nəsil intellektual məlumat arxitekturası süni intellekt əsaslı, 55%-ə qədər daha sürətli vektor axtarışını, analitik skanlamanın 2.2 dəfə daha yüksək ötürmə qabiliyyətini və 25% daha sürətli əməliyyat emalını təmin edir. Exadata X11M-in qiyməti əvvəlki nəsil səviyyəsində dəyişməz olaraq qalır, lakin süni intellekt, analitika və onlayn əməliyyat emalı (OLTP) kimi sahələrdə performansın əhəmiyyətli dərəcədə yüksəlməsini təmin edir. Ağıllı enerji idarəetməsi ilə kritik baxımdan əhəmiyyətli iş yüklərini daha sürətli və daha az sayda sistemlə yerinə yetirmək imkanının vəhdəti sifarişçilərə maksimum dərəcədə yüksək enerji səmərəliliyinə və ətraf mühitin ekoloji baxımdan təmizliyinə nail olmağa kömək edir. Bundan əlavə, eyni imkanlar ictimai buludlu, çoxbuludlu və yerli mühitlərdə də mövcuddur. Bu da çox çevik şəkildə sifarişçilərə Oracle Database iş yüklərini tətbiqdə hər hansı dəyişiklik olmadan istənilən yerdə yerləşdirmək və istismara vermək imkanı yaradır.
Exadata X11M son nəsil AMD EPYC prosessorları üçün optimallaşdırılmışdır və verilənlər bazası ilə işləmək üçün rəqib sistemlərlə müqayisədə daha yüksək performans göstəricilərini təmin edir. Süni intellekt üçün daha sürətli vektor axtarışı, çoxlu sayda IOPS və tranzaksiyaların emalı üçün daha aşağı gecikmə səviyyələri, eləcə də analitika üçün məlumatların yüksək səviyyəli skanetmə sürəti və sorğuların ötürülmə qabiliyyəti ilə bütün iş yükləri üzrə performans artmışdır. Həm fləş yaddaşda, həm də Exadata RDMA yaddaşında (XRMEM) məlumatların skan edilməsi imkanı sayəsində Exadata X11M müstəsna ötürmə qabiliyyətinə nail ola bilər. Əvvəlki nəsil Exadata X10M ilə eyni qiymətə başa gələn bu platforma sifarişçilərə eyni ölçülü platformada daha çox iş görməklə yanaşı, xərcləri azaltmaq imkanı yaradır.
Əvvəlki platforma ilə müqayisədə Exadata X11M performansının təkmilləşdirilməsinə aşağıdakılar daxildir:
Yeni platforma həmçinin dörd müxtəlif üsulla enerji istehlakını və xərcləri əhəmiyyətli dərəcədə azaltmağa kömək edir.
Birincisi, Exadata X11M-in yüksək performansı sifarişçilərə verilənlər bazasının iş yüklərini daha azsaylı sistemlərdə idarə etməyə imkan verir. Nəticədə infrastruktur, enerji təchizatı və soyutma, eləcə də məlumat emalı mərkəzlərinin sahəsinə qənaət etmək imkanı yaradır.
İkincisi, Exadata X11M daha çox iş yükünü daha az sistemlərdə birləşdirərək, istifadənin səmərəliliyini artırır.
Üçüncüsü, enerji təchizatının ağıllı idarə edilməsi birbaşa Exadata X11M üzərində qurulmuşdur. Bu da lazımsız prosessor nüvələrini söndürmək, enerji istehlakını məhdudlaşdırmaq və aşağı yük dövrlərində enerji istifadəsini optimallaşdırmaq imkanı verməklə yanaşı, enerji səmərəliliyi və ətraf mühitin ekoloji baxımdan təmizliyi kimi məsələləri həll etməyə kömək edir.
Sonda, sifarişçilər Oracle Autonomous Database vasitəsilə quraşdırılmış avtomatlaşdırmanın imtiyazlarından istifadə edə bilər. Bu, əllə işləyən verilənlər bazasının idarəetmə tapşırıqlarını və insan xətalarını aradan qaldırmağa kömək edir.
Exadata X11M-i yerli şəkildə və ya Exadata Database Service və Autonomous Database vasitəsilə Exadata Cloud@Customer, Oracle Cloud Infrastructure (OCI) və çoxbuludlu mühitlərdə yerləşdirmək olar. Sifarişçilər bütün bu mühitlərdə eyni Oracle verilənlər bazasına və eyni Exadata arxitekturasında işləyən imkanlara çıxış əldə edə bilir. Oracle Database bütün yerləşdirmələrə uyğundur və bu da sifarişçilərə tətbiqlərdə heç bir dəyişiklik etmədən ehtiyac duyduqları yerdə iş yüklərini işə salmaq imkanı verir.
Çoxbuludlu yerləşdirmələrdə Oracle Database bazası OCI, AWS, Google Cloud və Microsoft Azure məlumat emalı mərkəzlərindəki Exadata X11M üzərində işləyir. Belə olduqda, sifarişçilər bütün Oracle Database imkanlarına, o cümlədən vaxtında planlaşdırılmış və planlaşdırılmamış boşdayanmalar zamanı miqyaslılığı və yüksək əlçatanlığı təmin edən Oracle Real Application Clusters imkanlarına çıxış əldə edir. Bundan əlavə, sifarişçilər AWS, Google Cloud və ya Microsoft Azure-da öz tətbiqlərini, süni intellekt əsaslı modelləri və ya analitik alətləri aşağı gecikməyə malik şəbəkə bağlantısı ilə dəstəklənən Oracle verilənlər bazasındakı məlumatları ilə birləşdirə bilər.
Exadata X11M, eləcə də digər Oracle həllərinin alınması ilə bağlı ətraflı məlumatı oracle@muk.group elektron ünvanına yazmaqla əldə edə bilərsiniz.