Xəbər
2025-02-13
Dell Technologies şirkəti Dell Pro noutbuklarının yenilənmiş seriyasını təqdim etdi
Yeni Dell Pro seriyası maksimum məhsuldarlığın təmin edilməsi üçün layihələndirilmiş qabaqcıl texnologiya, etibarlılıq və müasir dizaynı özündə birləşdirir. O, Dell Latitude noutbuklar seriyasını əvəz edir. Müxtəlif istifadəçi qruplarının ehtiyaclarını ödəmək məqsədilə bu seriya üç səviyyəyə bölünür: 13 və 14 düym diaqonallı ultra nazik və yüngül Dell Pro Premium, 13, 14 və 16 düym diaqonallı, yüksək miqyaslı və zərif 2-si 1-də Dell Pro Plus noutbuk və cihazları, eləcə də optimal qiymət/keyfiyyət nisbətinə malik 14 və 16 düymlü Dell Pro noutbukları.
İlk yeniliklər sırasında Latitude 5000 seriyasını əvəz edəcək Dell Pro Plus və Latitude 9000 və Latitude 7000 Ultralight seriyalarını əvəz edəcək Dell Pro Premium noutbukları olacaq. Bütün modellər əlavə Copilot+ süni intellekt funksiyalarını dəstəkləyən ən son Intel Core Ultra Lunar Lake prosessorları ilə təchiz olunmuşdur.
Dell Pro 13 Premium və Dell Pro 14 Premium modellərində Copilot+ və vPro dəstəkləyən Intel Core Ultra Lunar Lake U seriyalı prosessorlar (17-17.5 Vt TDP) var. Operativ yaddaş sistemə bir çip üzərində quraşdırılmışdır ki, bu da prosessorun enerji istehlakını və istilik buraxma qabiliyyətini optimallaşdırmağa imkan verir.
Noutbuklar standart OLED displeyləri ilə müqayisədə daha parlaq təsviri təmin edən innovativ Tandem OLED matrisləri ilə təchiz olunmuşdur. Cirrus Logic Smart Amp səs gücləndiriciləri daha güclü və aydın səsi təmin edir. Qeyd etmək lazımdır ki, bu modellər ən səssiz Dell noutbuk modelləridir. İş zamanı onların səs səviyyəsi 1 Sone-dən azdır. O cümlədən Dell Pro Premium həmçinin yüksək keyfiyyətli təsvir imkanı yaradan 8MP HDR + IR kameraları ilə birlikdə təqdim olunur.
Dell Pro Premium-un innovativ dizaynı CES Innovation Award 2025 mükafatına layiq görülmüşdür. Modellər yeni dəbli Magnetite rəngindədir və 76% daha çox qapaq sərtliyini təmin edən qalın maqneziumlu davamlı korpusa malikdir. Yeni məhsulların batareya ömrü də artırılmışdır (60 Vts-ə qədər), eləcə də soyutma sistemi təkmilləşdirilmişdir. USB-C portları da daxil olmaqla modul komponentlər təmiri asanlaşdırır.
Dell Pro Plus seriyasında 14 və 16 düym diaqonallı modellər vardır, 13 düymlük cihazlar isə bazarda daha sonra təqdim olunacaqdır. Dell Pro Plus əvvəlki nəsildə olan 17-17,5 Vt göstəriciləri və 40-48 TOP performansı ilə müqayisədə 24 Vt gücə malik Intel Core Ultra Lunar Lake V seriyalı prosessorlarla təchiz olunmuşdur. 16 GB və ya 32 GB tutumlu sürətləndirilmiş LPDDR5 8533 MT yaddaşı prosessora inteqrasiya olunmuşdur. Cihazlar 1 və 2 TB tutumlu tam şifrələnmiş Class 40 SSD diskləri ilə birgə təchiz oluna bilər.
Noutbuklar 2560x1600 dəqiqlikli, mavi işıq şüalanmasından qorunma və əvvəlki nəsildə olan 250 nit parlaqlığa qarşı 300 nit parlaqlığa malik daha geniş ComfortView Plus LCD displeylərə malikdir. Ekranların kontrastlığı da artırılmışdır: 600:1–1000:1 ilə müqayisədə 800:1–1200:1. Yenilənmə tezliyi 14 düymlük modellər üçün 90Hz, 16 düymlük modellər üçün isə 120Hz təşkil edir.
Yeni məhsulların korpusu Platinum Silver rəngində, 0.8 mm qalınlıqlı möhürlənmiş alüminiumdan hazırlanmışdır, tərəfləri 16:10 nisbətində olan ekrana malikdir. Qeyd etmək lazımdır ki, 14 düymlük model həm yığılmış, həm də 2-si 1-də versiyada mövcuddur. Noutbukların həmçinin daha böyük sensor panelləri var. Bu, modeldən asılı olaraq əvvəlki seriyalarla müqayisədə 18-43% daha böyükdür.
Dell Pro Plus-ın kommunikasiya üstünlükləri arasında Wi-Fi 7 və Bluetooth 5.4 dəstəyinin adını çəkmək olar. Yüksək keyfiyyətli konfrans zəngləri bütün FHD kameraları üçün təkmilləşdirilmiş TNR5 səs-küy azaltma qabiliyyəti sayəsində əldə edilir. Yeni cihazlara həmçinin istifadəçinin aşkarlanmasını dəstəkləyən 5 MP kamera əlavə edilmişdir (User Presence Detection).
Modellər həmçinin yeni, daha tutumlu 45 və 55 Vts batareyalar ilə təchiz edilmişdir (əvvəlki nəsil 42 və 54 Vts-dan istifadə edirdi). Batareyanın istifadə müddəti artırılmış və 80% daha az kobalt istehlak edilmişdir. Lazım olduqda istifadəçilər batareyaları özləri dəyişdirə biləcək. Dəyişdirilə bilən batareyalarla yanaşı, USB-C sıxılma portlarının, ana plataya bərkidilmiş modul giriş/çıxış platalarının və CPU ventilyatoru üçün toz keçirməyən torun tətbiqini də qeyd etmək lazımdır. Bu, noutbukların təmiri işini əhəmiyyətli dərəcədə asanlaşdırır və bütövlükdə ana plataların dəyişdirilməsi ehtiyacını aradan qaldırır.
Hazırda yalnız Intel Lunar Lake (LNL) prosessorlarına əsaslanan konfiqurasiyalar mövcuddur. Digər prosessorların və tam yenilənmiş portfelin mart ayının sonunadək təqdim olunması gözlənilir.
Yeni noutbukların və digər Dell Technologies həllərinin alınması haqqında ətraflı məlumatı dell@muk.group elektron ünvanından əldə edə bilərsiniz.