Xəbər
2024-02-13
Oracle şirkəti Gartner-in 2023-cü il üçün Magic Quadrant hesabatlarında maliyyə planlaması üçün proqram təminatı, maliyyə ilinin bağlanması və konsolidasiyası üçün həllər üzrə Lider seçildi.
Hər iki hesabatda Oracle şirkəti Oracle Fusion Cloud Enterprise Performance Management (EPM) üçün realizasiya imkanı və görmə qabiliyyətinin tamlığı üzrə lider seçildi. Oracle Cloud EPM maliyyə təşkilatlarına əl ilə idarə edilən proseslərdən uzaqlaşıb davamlı innovasiyaları tətbiq etməyə, maliyyəni, insan resurslarının idarə edilməsini, təchizat zəncirini və satışları modelləşdirməyə və planlaşdırmağa, mühasibatlıq jurnallarının bağlanmasına və hesabatların tərtib edilməsinə sərf olunan vaxtı qısaltmağa və daha effektiv biznes qərarları qəbul etməyə kömək edir.
Oracle Fusion Cloud Enterprise Resource Planning (ERP)-in bir hissəsi olan Oracle Cloud EPM, maliyyə və əməliyyat planlamasını razılaşdırmaq, mühasibatlıq jurnallarını daha tez bağlamağa kömək etmək və müəssisənin əsas məlumatlarını idarə etmək üçün müəssisə performansının idarə edilməsi imkanlarının tam dəstini təklif edir.
Həllin xüsusi imkanları maliyyə şöbələrinə bütün konsolidasiya və bağlama prosesini effektiv şəkildə idarə etməyə imkan verir. Hesabların üzləşdirilməsi, əməliyyatların uzlaşdırılması və vergi hesabatı ehtiyaclarının avtomatlaşdırılması ilə o, maliyyə hesabatlarının düzgünlüyünü artırmağa, qlobal hesabatlara sərf olunan vaxtı azaltmağa, təhlükəsizliyi təmin etməyə və adətən bu proseslərlə bağlı riskləri aradan qaldırmağa kömək edir.
Sözügedən məhsul planlaşdırmanın ən yaxşı təcrübələrini özündə birləşdirir və daha yüksək dəqiqlik və çeviklik məqsədilə maliyyə, biznesin müxtəlif istiqamətləri və əməliyyat planlarını özündə ehtiva edir. Geniş miqyaslı ssenari modelləşdirmə imkanları təşkilatlara qeyri-müəyyənliyin öhdəsindən gəlməyə kömək edir.
Sistem, biznes dəyişikliklərinə tez cavab reaksiyası verməyə imkan yaradan ağıllı performans idarəetmə imkanlarına malikdir. Əlavə olaraq, daxilə quraşdırılmış süni intellekt maliyyə və əməliyyat məlumatlarında qanunauyğunluğu ortaya çıxarmaq məqsədilə planları, proqnozları və sapmaları ya da fərqləri davamlı olaraq izləyir, o cümlədən qərar qəbuluna kömək olmaqdan ötrü nəticələri proqnozlaşdırır.
Oracle Cloud EPM təşkilatlara tələb əsasında innovasiyalar yaratmaq və onları tətbiq etmək, yeni biznes imkanlarını avtomatlaşdırmaq, uyğunlaşdırmaq və istifadə etmək imkanı verir. Süni intellekt, maşın öyrənməsi, rəqəmsal köməkçilər və analitika sahəsində daimi yeniliklər sayəsində platforma daim müştərilərini ən qabaqcıl texnologiyalarla təmin edir.
Həmçinin qeyd etmək lazımdır ki, Gartner Peer Insights təsdiqlənmiş müştəri reytinqlərini təqdim edir. Oracle əvvəllər 2023-cü il üzrə Gartner Peer Insights Voice of the Customer for Financial Planning Software hesabatında Şimali Amerikada Müştərilərin Seçimi olaraq seçilmişdi. 12 dekabr 2023-cü il tarixinə olan son 12 ay ərzində maliyyə bağlanışı və konsolidasiya üzrə Oracle həllərinin icmallarında 95% Oracle Cloud EPM-ni həmkarlarına tövsiyə edib.
Oracle Cloud EPM, eləcə də digər Oracle həllərinin alınması haqqında daha ətraflı məlumatı oracle@muk.group elektron poçt ünvanına yazmaqla əldə edə bilərsiniz.