Xəbər
2023-07-04
A10 Networks şirkəti hibrid bulud mühitlərinin təhlükəsizliyini və davamlılığını təmin etmək məqsədilə yeni nəsil WAF ilə inteqrasiya olunmuş ilk tətbiq çatdırılması həlli vasitəsilə bulud təhlükəsizliyini gücləndirir.
A10 Networks şirkəti hibrid bulud mühitlərinin avtomatlaşdırılmış çoxsəviyyəli təhlükəsizlik və dayanıqlığını təmin etməkdən ötrü “Thunder Application Delivery Controller (ADC)” və yeni A10 Next-Generation (Fastly bazasında WAF) veb tətbiqlərinin yeni brandmauerindən ibarət vahid həll barədə elan etdi.
Sözügedən vahid kombinasiya yanlış işədüşmələrin sayını azaldan, tətbiqlərin strateji giriş nöqtəsində təhlükəsizliyi təmin edən yüksək səmərəliliyə malik həlləri yaratmaq və təhlükəsizliyi avtomatlaşdıraraq çevikliyi və səmərəliliyi artırmaq imkanı verir. O, həmçinin buludub iqtisadi göstəricilərini və biznes nəticələrini yaxşılaşdırmağa da kömək edir.
Yenilik hibrid bulud mühitlərində yerləşdirilən proqram və aparat cihazları üçün veb-mühafizəni təkmilləşdirməkdən ötrü vahid həll yolunu təqdim edir. O, virtual maşınlar və aparat cihazları da daxil olmaqla müxtəlif forma faktorlarında yerləşdirilə bilər.
Thunder ADC DDoS-hücumlardan müdafiəni, protokolların autentifikasiya və yoxlanmasını təmin edə bilər. A10 Next-Gen WAF veb tətbiqlərin gücləndirilmiş təhlükəsizliyini təmin edən xidmətləri təqdim edir. Tətbiq serverlərinin qarşısında yerləşdirilən istənilən belə bir həll serverlərin hər biri üçün ayrıca aplayanslar yerləşdirməyə ehtiyac olmadan bir, yüzlərlə və ya minlərlə tətbiqi ilə effektiv şəkildə işləyə bilər. Bu da öz növbəsində tətbiq təhlükəsizliyinin yerləşdirilməsi vaxtını nəzərəçarpan dərəcədə azaltmağa imkan verir.
“A10 Thunder ADC” və “A10 Next-Gen WAF”-ın vəhdəti ənənəvi veb tətbiq brandmauerlərinin funksionallığını üstələyən bir sıra funksiyaları və imkanları təmin edir. Bunlara aşağıdakılar daxildir:
- Çoxsəviyyəli mühafizə - günümüzdə baş verən müasir veb təhlükələrə müqavimət göstərir və OWASP Top 10 müdafiəsini, DDoS-hücumlarına qarşı qorumanı, TLS/SSL autentifikasiyası və şifrənin açılmasını özündə ehtiva edir.
- Konsolidasiya vasitəsilə sadələşdirmə - Thunder ADC çərçivəsində konvergensiya genişləndirilmiş yük balanslaşdırmasını, ADC keşləmə və Fastly bulud xidməti vasitəsilə optimallaşdırılmış tam inteqrasiya olunmuş həlli təqdim edir dir. Bundan əlavə, müştərilər A10 Networks-dən vahid dəstək də alırlar.
- İstifadə rahatlığı – demək olar ki, sıfır dərəcədə yanlış işədüşmələrlə İT mütəxəssisləri üçün təlim müddətinin olmaması. Fastly istifadəçilərinin təxminən 90%-i yalnız zərərli trafik zamanı dayanmanı təmin edərək, həll ilə bloklama rejimində işləyir.
- Xərclərin azaldılması - Həll minimal səviyyədə konfiqurasiya ilə və ya onsuz yüksək səviyyəli mühafizəni təmin edir, hədd dəyərlərinin kombinasiyasından, həmçinin Fastly-nin özünəməxsus texnologiyalarından istifadə edir.
- “Network Learning Exchange (NLX)” və “SmartParse” yanlış işədüşmələrin sayını azaltmaq və yüksək effektivliyə malik avtomatik aşkarlama və bloklamanı təmin etmək üçündür.
- Riskin azaldılması - Hesabların ələ keçirilməsi (ATO), köçürmə zamanı hücumlar (brutfors) və DDoS hücumları kimi müasir hücum vektorlarından qoruyan həll yoludur, onu DevSecOps korporativ komandaları üçün ideal seçim edən məşhur DevOps və SIEM alətləri ilə inteqrasiya olunur.
Yeni məhsulun, eləcə də digər A10 Networks həllərinin əldə edilməsi ilə bağlı daha ətraflı məlumatı a10@muk.group elektron poçt ünvanı vasitəsilə əldə edə bilərsiniz.