NVİDİA - ən çox tələbkar olan kompüter istifadəçilərinin: alimlərin, dizaynerlərin, rəssamların və qeymerlərin üstünlük verdikləri yüksək istehsalat hesablamaları sahəsində pionerdir. NVDİA daha keyfiyyətli 3D qrafika və artan oyun bazarına durmadan davam edən tələbatı nəzərə alaraq GPU ’ yu bir real kompüter beyin mərkəzinə çevirərək, virtual reallıq və süni intellektin kəsişməsində çoxsaylı yeniliklərə yol açdı.