Biznesin avtomatlaşdırılması informasiya texnologiyaları sahəsində tamamilə müxtəlif texniki sahələrdən olan həlləri birləşdirən əsas trendlərdən biridir. Onların hamısı gündəlik vəzifələrin sadələşdirilməsi və səmərəliliyinin artırılması, işçilərin yükünün azaldılması, idarəolunmanın yaxşılaşdırılması və biznes proseslərinin transformasiyası ideyası çərçivəsində birləşirlər. Biznesin avtomatlaşdırılması məhsulları arasında pərakəndə ticarət, iaşə, marketinq və loqistika kimi xüsusi məsələlərdə tətbiq olunan ixtisaslaşdırılmış aparat həlləri də mövcuddur. Belə ki, şirkət əməkdaşlarının əməliyyat-uçot bölmələrindən İT departamentlərinə, satış şöbələrinə və biznes rəhbərliyinə qədər gündəlik vəzifələrinin avtomatlaşdırılmasına yönəlmiş proqram məhsullarıdır. MUK şirkətlər qrupu dünyanın aparıcı istehsalçılarından kompleks biznes avtomatlaşdırma həllərinin birgə paylaşdırılması üzrə tərəfdaşlıq təklif edir. Bizim səriştələrimiz sifarişçilərin işgüzar fəallığının bütün sahələrinə şamil edilir və bizim bacardıqlarımızdan və təcrübəmizdən istifadə edərək birgə layihələrin həyata keçirilməsinə imkan verir.