İstənilən şirkət – ilk növbədə onun kollektividir. Əməkdaşların effektiv və ahəngdar işindən biznesin uğurluluğu və qarşıya qoyulan vəzifələrin əldə olunmasının sürəti asılıdır. Komandanın məhsuldarlığının əsası – onun bütün iştirakçılarının kommunikasiyası və ahəngdar qarşılıqlı fəaliyyətidir. Unifikasiya edilmiş rabitə vasitələrinin müasir həlləri müxtəlif üsullarla kollektivin işini qaydasına salmağa, dağınıq ofisləri və uzaq məsafəli əməkdaşları böyük nəticəni hədəfləyən vahid iş qrupunda birləşdirməyə imkan verir. MUK şirkətlər qrupunun distributor portfelində Gartner analitik şirkətinin versiyasına görə, bazarın liderlərindən əməkdaşların ünsiyyətinin bütün mümkün texniki üsulları toplanmışdır. Bizim unifikasiya edilmiş kommunikasiyalar sahəsində mürəkkəb layihələrin layihələndirilməsi və realizə edilməsi təcrübəsinə malik sertifikatlı mühəndislərdən ibarət komandamız, sifarişçilərin lokal və onlay sınama imkanları ilə demo avadanlıq bizim tərəfdaşların xidmətindədir. Uzaq məsafəli iş dövründə aktual olan unifikasiya edilmiş kommunikasiyaların açar istiqamətləri arasında biz videokonfrans rabitəsi və videozəngləri, İP-telefoniyanı, ani məktubların qorunan servislərini, səs və elektron poçtunu, kontakt və çağırış mərkəzləri üçün həlləri fərqləndiririk.