Hitachi Vantara şirkəti – həm iri, həm də kiçik şirkətlər üçün yekun həlləri təqdim edən ən etibarlı təchizatçıdır. Hitachi Vantara aparat və proqram məhsulları məlumatların çoxsəviyyəli dinamik saxlanmasını, birnövlü idarəetməni, məlumatların müdafiəsini və arxivləməni təmin edən Application Optimized Storage kateqoriyasından olan həllə üçün əsasdır, onlar təşkilatlara məlumatların saxlanması infrastrukturu və fərdi biznes tələbatları arasında uyğunluğa nail olmağa imkan verir.
Hitachi Vantara şirkəti haqqında
Hitachi Vantara şirkətinin beynəlxalq elmi-konstruktor şöbələri sahədə liderlik edən texnologiyalar əsasında məlumatların saxlanması üçün həlləri yaradırlar. Bu həllərin effektivliyi, hazırlıq səviyyəsi və miqyaslanma səviyyəsi sifarişçilərə investisiyaların maksimum qaytarılması imkanın verir və riski minimuma endirir. Şirkətimiz Hitachi şirkətinin və tərəfdaşlarımızın avadanlığını, PT və şirkətini tətbiq etməklə və vəziyyətə müştərinin gözü ilə baxmaqla sifarişçilərin fərdi tələblərini təmin etmək qüdrətindədir. İşçi ştatı 3800 əməkdaşdan ibarət olan Hitachi Vantara şirkəti dünyanın 170 çox ölkəsində və regionunda ictimai, dövlət və özəl sektorlarda bilavasitə və dolayısı kanallar vasitəsilə fəaliyyət göstərir. Şirkətin sifarişçiləri sırasında Fortune 100 siyahısında yer alan 50% şirkət var.
Hitachi Vantara şirkəti (qərargahı Kaliforniya ştatının Santa-Klara şəhərində yerləşir) Hitachi, Ltd.™ şirkətinin bölməsidir və məlumatların saxlanması infrastrukturu üçün həllər, məlumatların saxlanmasının idarə edilməsinin proqram təminatı və məlumatların saxlanması sahəsində konsultasiya xidmətlərinin göstərilməsi ilə məşğuldur. Qərargahı Yaponiyanın Tokio şəhərində yerləşən Hitachi, Ltd. şirkəti (NYSE: HIT / TSE: 6501), aparıcı beynəlxalq elektronika istehsalçısıdır. Şirkətin ştatı müxtəlif dünya ölkələrində 384 min nəfər təşkil edir. 2006 maliyyə ilində (31 mart 2007-ci ilədək) şirkətin ümumi gəliri 10,247 milyard yen (86.8 milyard ABŞ dolları) təşkil etmişdir. Şirkət müxtəlif bazar sahələrində, o cümlədən informasiya sistemləri, elektron avadanlıqlar, elektrik qidalanma və sənaye sistemləri, məişət məmulatları, materiallar və maliyyə xidmətləri sahələrində müxtəlif məhsullar, sistemlər və xidmətləri təklif edir. Hitachi şirkəti barədə əlavə məlumatı http://www.hitachivantara.com/. internet saytından əldə edə bilərsiniz