Grandstream Networks şirkəti 2002-ci ildə yaradılmışdır və IP telefoniya və IP vidoemüşahidə sistemlərinin aparıcı istehsalçılarındandır. Grandstream şirkəti kiçik və orta biznes üçün innovasiyalı həlləri təklif edir ki, onların sayəsində rabitə xərclərini azaltmaq, məlumatların müdafiəsinin etibarlığını artırmaq və məhsuldarlığı yüksəltmək mümkündür. Açıq SIP standartını dəstəkləyən məhsullarımız bu sahənin əksər məhsulları ilə uyğunluq təşkil edir və əla texniki xarakteristikalara və qiymət və keyfiyyətin optimal nisbətinə malikdir
Şirkətin strukturu
Dünya üzrə ştatı 400 çox əməkdaşdan ibarət olan, illik ikirəqəmli göstəricilərlə ifadə olunan gəlirin 2003-cü ildən başlayaraq artmasını təmin edən özəl şirkət
Məhsulun çeşidi
Müəssisələrdə və evdə istifadə üçün nəzərdə tutulan SIP telefonlar, IP videotelefonlar və multimediya telefon həllər, IP simsiz (DECT) telefonları, müəssisələr üçün analoqlu şlüzlər, IP texnologiyalarından istifadə ilə videomüşahidə sahəsində həllər: kameralar, koderlər, həmçinin video məlumatlarla iş üçün patentləşdirilmiş proqram təminatı, rəqabət üstünlükləri
qiymət və keyfiyyətin nisbəti sahəsində misilsiz liderlik, qoşulan qurğuların avtomatik sazlanması üçün patentləşdirilmiş həllər, digər istehsalçıların əksər SIP qurğuları ilə uyğunluq, səsli/video IP rabitəsinin və videomüşahidə sahəsində kompleks həllər portfeli, səs və videonun misilsiz təmizliyini təmin edən səs və video emalının təkmilləşdirilmiş alqoritmləri