BenQ dizayn, ekran texnologiyaları, mobil həllərin hazırlanması və şəbəkə qurğularının yaradılmasında zəngin təcrübəyə malikdir. Şirkət üç istiqaməti inkişaf etdirir: ekran texnologiyaları, elektron-optik periferiya qurğuları və kommunikasiya avadanlıqları. BenQ portfelinə proyektorlar, LCD monitorlar, informasiya və interaktiv panellər və digər istehlak elektronikası daxildir. Şirkətin həlləri keyfiyyəti, münasib qiyməti və cəlbedici xarici görünüşü ilə fərqlənir-BenQ məhsulları müntəzəm olaraq dizayn və məhsuldarlıq üçün müxtəlif beynəlxalq mükafatlar alır.