Azərbaycan
English
Azərbaycan
Shqiptare
Հայերեն
Български
ქართული
қазақ
Кыргызча
Македонски
Румынский
Монгол
Русский
Српски
Slovenščina
Тоҷикӣ
Türk
Türkmenler
o'zbek
Українська
Hrvatski
MUK
  • Ölkələr
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniahu.pngMacarıstanmd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan
  • Həllər
    MUK vendorlarıMUK həlləriMəhsullar və xidmətlər kataloqu
  • Xəbərlər
    Xəbərlər və AksiyalarMUK jurnalıVideo
  • İstiqamətlər
    IT distribusiyasıTədris mərkəziXidmət mərkəziMUK Cloud bulud servisləri
  • Şirkət haqqında
    MUK haqqında əsasKorporativ profaylVakansiyalar
  • Diller bölməsi
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniamd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan

Məlumat dayanıqlığının yeni səviyyəsi: Veeam və Palo Alto Networks İnteqrasiyası

Xəbər

2024-12-11

Veeam Software şirkəti təhlükəsizlik əməliyyatlarını sadələşdirmək və məlumatların dayanıqlığını artırmaq məqsədilə Palo Alto Networks şirkəti ilə yeni inteqrasiyasını elan etdi.

Palo Alto Networks Cortex platforması ilə inteqrasiya olunmuş yeni Veeam tətbiqləri təşkilatlara kiberhücumları tez bir zamanda müəyyən etməyə və onlara cavab verməyə kömək edir, o cümlədən biznes üçün kritik dərəcədə əhəmiyyətli olan məlumatların ehtiyat nüsxələnməsi prosesinin dayanıqlığını təmin edir. Bu inteqrasiya Veeam və Palo Alto Networks Cortex XSIAM və Cortex XSOAR tətbiqləri tərəfindən təklif olunan imkanlardan istifadə edərək məlumatların ehtiyat nüsxələrinin qorunması və kibertəhlükələrə qarşı proaktiv cavab verilməsi üçün təşkilatların kompleks yanaşma ehtiyaclarını ödəyir. Bu inteqrasiya sayəsində Veeam şirkəti sərbəst şəkildə Cortex XSIAM üçün məlumat toplayıcısını, idarəetmə panellərini və hesabatları layihələndirən və işləyib hazırlayan ilk Palo Alto Networks tərəfdaşı oldu.

Veeam və Palo Alto Networks məlumatların monitorinqi və insidentlərə cavab tədbirlərinin mərkəzləşdirilməsi, miqyaslanması və avtomatlaşdırılması üçün texnologiyaları birləşdirdi. Palo Alto Networks-in süni intellekt əsaslı Təhlükəsizlik Əməliyyatları Mərkəzi (SOC) Platformasının Veeam-in sənayedə aparıcı bərpa imkanları ilə inteqrasiyası sayəsində təşkilatlar biznes üçün kritik dərəcədə əhəmiyyətli məlumatların dayanıqlığını təmin edə, o cümlədən kiberhücumları daha tez müəyyən edə və onlara cavab reaksiyası verə bilərlər.

İnteqrasiya iki yeni tətbiqi təqdim edir - biznes üçün kritik dərəcədə əhəmiyyətli məlumatlara və məlumatların ehtiyat nüsxələrinə təsir edən təhlükəsizlik insidentlərinə nəzarət etmək, onları aşkarlamaq və cavab reaksiyası vermək üçün iki istiqamətli API bağlantısından istifadə edərək Cortex XSIAM və Cortex XSOAR ilə inteqrasiya olunmuş Veeam həlləri. Cortex XSIAM ilə inteqrasiya olunmuş Veeam tətbiqi məlumatları Veeam Backup & Replication və Cortex XSIAM-dakı VeeamONE mühitlərindən köçürür, eləcə də ehtiyat nüsxələmənin təhlükəsizliyi ilə bağlı məlumatlar və hərəkətlər barədə mərkəzləşdirilmiş görüntünü təmin edir. Cortex XSOAR ilə inteqrasiya olunmuş Veeam tətbiqi Veeam Backup & Replication və Veeam ONE-a müntəzəm API sorğuları göndərməyə imkan verir və mühüm təhlükəsizlik hadisələrini və ya xəbərdarlıqları izləyir. Hər iki tətbiq Veeam Data Platform Advanced və Premium müştəriləri üçün pulsuzdur.

Veeam və Palo Alto Networks inteqrasiyasının müştərilər üçün əsas üstünlüklərinə aşağıdakılar daxildir:
  • • Təhdidləri dayandırmaq və situasiya barədə məlumatlılığı yaxşılaşdırmaq üçün Veeam mühiti də daxil olmaqla, bütün mühitdə təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatlara dair kompleks təqdimat.
  • • Hamar və səmərəli bağlantını təmin etmək üçün əvvəlcədən konfiqurasiya edilmiş idarəetmə və təhlükəsizlik panelləri vasitəsilə Veeam tətbiqlərinin ayarlanmasının və quraşdırılmasının sadələşdirilməsi.
  • • Süni intellekt əsaslı avtomatlaşdırma vasitəsilə real vaxt rejimində Veeam mühitlərində potensial təhlükəsizlik təhdidlərinə qarşı cavab reaksiyalarının sürətləndirilməsi.
  • • Təhlükəsizlik qrupunun ağır bildirişlər və manual (əllə işləyən) proseslərlə yüklənməsi olmadan korporativ miqyaslı mühitin izlənilməsi.
  • • Bərpa vaxtı (RTO), bərpa nöqtəsi (RPO) üzrə məqsədlərin eyni anda icrası və fırıldaqçı proqramların hücumlarından sonra avtomatlaşdırılmış bərpa vasitəsilə normativ sənaye tələblərinin dəstəklənməsi ilə birgə insidentlərin səmərəli və effektiv şəkildə idarə edilməsi.

Yeni Veeam tətbiqləri haqqında daha ətraflı məlumatı veeam@muk.group elektron poçt ünvanına yazmaqla əldə edə bilərsiniz.

© 2008-2025 MUK. Bütün hüquqlar qorunur.