Xəbər
2024-08-16
H3C şirkəti Intel Xeon 6 - UniServer R4900 G7 və R4700 G7 prosessorları bazasında işləyən iki yeni serveri təqdim etdi. Onlar süni intellektə əsaslanan həllərin tətbiqi üçün yüksək performansa və hesablama gücünə malikdir.
Sıxlığa görə optimallaşdırılmış H3C UniServer R4900 G7 flaqman sistemi və R4700 G7 serveri müəssisələrə daha çoxşaxəli, səmərəli və ağıllı hesablama gücü hesabına rəqəmsal transformasiyanı sürətləndirməyə kömək edir.
Yeni serverlər çox tələbkar bulud mühitləri üçün nəzərdə tutulmuş Intel Xeon 6 prosessorları bazasında işləyir. Intel Xeon 6 giriş-çıxış və yaddaş üzrə ən son texnologiyalardan istifadə edir, 8-ə qədər DDR5 yaddaş kanalını və 64 CXL 2.0 yaddaş kanalını dəstəkləyir, bununla da səmərəlilik, təhlükəsizlik və performansda hərtərəfli təkmilləşdirmələri təmin edir. Əvvəlki nəsil prosessorları ilə müqayisədə hər vatt üzrə məhsuldarlıq 2,4 dəfə, rəfdə yerləşmə sıxlığı isə 2,5 dəfə artıb. Ümumi aparat platforması və ümumi proqram təminatı yığınına əsaslanan Intel Xeon 6 müştərilərin müxtəlif enerji səmərəliliyi və performans ehtiyaclarını ödəmək üçün çevikliyi təmin edir, işlənib hazırlanmanı, tətbiqi və idarəetməni asanlaşdırır, eləcə də əhəmiyyətli enerji qənaətinə nail olmağa imkan yaradır.
Hər iki yeni məhsul 1U forma faktoruna malik maksimum 288 nüvəsi olan iki Intel Xeon 6 prosessoru ilə təchiz edilmişdir. Server performansı əvvəlki nəsil modelləri ilə müqayisədə 125% artıb və 2U forma faktorundakı həllərlə müqayisə edilə bilən hesablama gücünə malikdir.
H3C UniServer R4900 G7 flaqman server sistemi hesablama performansı, genişlənmə və etibarlılıq imkanları baxımından balanslaşdırılmışdır. O, belə imkanları sayəsində bulud hesablama, virtuallaşdırma, paylanmış yaddaş və müəssisə resurslarının planlaşdırılması da daxil olmaqla ümumi hesablama ssenarilərinə geniş şəkildə tətbiq edilir və müxtəlif sənaye sahələrindəki ümumi tətbiqlər üçün uyğundur. R4900 G7 əvvəlki nəsillə müqayisədə vatt başına 40% daha yüksək performans nümayiş etdirir, o cümlədən eyni enerji istehlakı ilə daha çox hesablama gücünü təmin edir. 32 DDR5 6400 MT/s yaddaşının olması yaddaş sürətində 14% artım əldə etməyə imkan verir. Sistem verilənlərin analitik imkanlarını artıran E3.S/E1.S/U.2 və ya 45 SATA/SAS diskləri üçün 40 slota və müştərilərin həddindən artıq çox resurs tələblərinə cavab verən PCIe5.0 tipli 21 slota malikdir malikdir. PCIe/ayrılmış mezonin slotlar/OCP3.0 standart dəstəyi biznes ehtiyaclarına uyğun çevik genişlənməni təmin edir.
H3C UniServer R4700 G7 yüksək sıxlıqlı hesablamalar üçün optimallaşdırılıb, müxtəlif iş yükləri üçün performans, enerji səmərəliliyi və sıxlığı balanslaşdırmaq məqsədilə ciddi tələblərə cavab verməkdən ötrü məkan vahidi üzrə yüksək performansı təmin edir və verilənlər, virtuallaşdırma və VDI bazası kimi ümumi hesablama ssenarilərində geniş şəkildə istifadə edilə bilər. Ümumi sistem hesablama performansı əvvəlki nəsil modellərindən 20% yüksəkdir. Server ekstremal şəraitdə yüksək hesablama gücünü təmin edən tək genişlikli dörd qrafik prosessor ilə təchiz edilmişdir. R4700 G7-də 32 ədəd E1.S slotu və ya 96 TB-a qədər tutumları dəstəkləyən 12 ədəd SATA/SAS/U.2 diskləri üçün slotlar var. Üç növ slotun dəstəyi (standart PCIe slotları, xüsusi mezonin slotları, OCP3.0 slotları) çevik biznes yerləşdirməsini təmin edir. Altı ədəd PCIe5.0 slotu serverin arxasında, bir ədəd PCIe 4.0 slotu isə ön tərəfdə yerləşir.
Hər iki yeni modeldə 96%-ə qədər dəqiqliklə yararlılıq müddəti boyunca nasazlıqların diaqnostikası sistemi var. Serverlər gözlənilməz boşdayanmaları 40%-ədək azaldan intellektual yaddaş təmiri texnologiyasını dəstəkləyir. R4900 G7 və R4700 G7 həmçinin şifrə sertifikatlarının təhlükəsiz saxlanması və məxfi məlumatların ötürülməsi imkanı ilə də fərqlənir.
Yeni serverlərin, eləcə də digər Yeni H3C Technologies həllərinin alınması haqqında ətraflı məlumatı h3C@muk.group elektron poçt ünvanından əldə edə bilərsiniz.