Xəbər
2024-03-15
EnGenius sənaye tətbiqlərinin və “Ağıllı Şəhər” tətbiqlərinin imkanlarını genişləndirmək üçün yeni xarici genişzolaqlı simsiz həllər buraxır.
EnGenius şirkəti SkyPoint adlı səmərəli şəbəkə idarəetmə sistemi olan EOC655 genişzolaqlı cihazlarının yeni seriyasını buraxdı. EnGenius EOC qabaqcıl “nöqtədən nöqtəyə” və “nöqtədən çox nöqtəyə” həllərinin köməyilə ağıllı şəhərlərdə və sənaye mühitlərində qoşulma imkanlarını dəyişir. Yeni avadanlıq seriyası 5 GHz və 6 GHz diapazonlarında işləyən iki radiomodul, eləcə də yerləşdirmənin asanlığı və üstün funksionallığın təmin edilməsi məqsədilə daxili NMS sistemi ilə təchiz edilmişdir. Yerləşdirmənin asanlığı simsiz rabitə üzrə mütəxəssislərin cəlb edilməsinə olan ehtiyacı aradan qaldıran mobil proqram tətbiqi vasitəsilə təmin edilir.
EnGenius EOC seriyası ənənəvi və bahalı naqilli sistemləri əvəz edən, o cümlədən 2.4 GHz tezliyində radioidarəetmə və rahat mobil proqram tətbiqi ilə təchiz edilən xarici simsiz yerləşdirmələr üçün əla həlldir. Bu, vaxt itkisini nəzərəçarpan dərəcədə azaltmaqla və xətaları minimuma endirməklə antenanın tənzimlənməsini və ayarlarının düzəldilməsini asanlaşdırır.
Sözügedən seriya yüksək radiotezlikli zonalarda ümumi performans və sabitlik ilə bağlı geniş yayılan problemləri həll etmək üçün nəzərdə tutulmuşdur. Cihazlar şəbəkə müdaxilələrini və sinxronizasiyadakı nasazlıqları aradan qaldırmaq imkanı verən kanalın 2 Qbit/s ötürücülük qabiliyyəti olan iki ədəd 5 GHz radio modulları ilə təchiz olunmuşdur. Sözügedən cihaz həmçinin optimal performansı və səmərəli trafik prioritetləşdirməsini təmin etmək üçün ağıllı RF və QoS idarəetməsinə malikdir. Bu, genişləndirilmiş radiotezlik idarəetməsi və enerji şəbəkəsindəki çatışmazlıqların aşkarlanması sayəsində şəbəkə dayanıqlığını artırır, nəticədə isə simsiz cihazların sıx olduğu və enerji problemlərinin yarana biləcəyi sahələrdə etibarlı iş prosesini təmin etmiş olur.
EnGenius EOC cihazları xətaların axtarışını və aradan qaldırılmasını asanlaşdıran, xəritəçəkmə və diaqnostika imkanlarını artıran ikiportlu Gigabit Ethernet və GPS dəstəyi ilə təchiz edilmişdir. Avadanlıq şəbəkə vəziyyətinin tam monitorinqi və resursların idarə edilməsi üçün SkyConnect və SkyPoint NMS proqram tətbiqləri ilə birgə təqdim olunur. Bu seriya həmçinin VLAN dəstəyi, Q-in-Q texnologiyası, çoxünvanlı filtrləmə və geniş yayımlı paylama kimi qabaqcıl genişləndirilmiş səviyyə 2 imkanlarına malikdir ki, bu da onu xidmətin çoxistifadəçi mühitlərində internet provayderlər üçün ideal seçim edir.
Yeni seriyanın əsas xüsusiyyətləri və üstünlükləri:
• Real vaxt rejimində antenanın konfiqurasiyası və diaqnostikası üçün mobil proqram tətbiqinin dəstəyi sayəsində şəbəkənin asanlıqla qurulması.
• Şəbəkənin ötürmə qabiliyyətinin artırılması: 5 GHz olan iki radiomodul kanalın 2 Gbps ötürmə qabiliyyətini təmin edir və beləliklə, irimiqyaslı şəbəkələr üçün ideal variant olan “nöqtədən çox nöqtəyə” konfiqurasiyasında 16 uzaqdan idarəolunan son istifadə cihazlarını qoşur.
• Radiotezlik idarəetməsini optimallaşdırmaqla, şəbəkə maksimum dərəcədə yüksək performansı qoruyub saxlamaqdan ötrü dəyişən şərtlərə uyğunlaşır.
• Enerji problemlərinin yarandığı ayrı-ayrı cihazları təcrid etməyə imkan verən işin dayanmasına dair xəbərdarlıqlar vasitəsilə nasazlıqlardan sonra bərpa prosesinin sürətlənməsi.
• Məlumatların ötürülməsi ilə bağlı uyğunlaşan sürət və buraxma zolağından səmərəli istifadə üçün avtomatik kanal seçimi.
• SkyPoint NMS vasitəsilə mərkəzləşdirilmiş şəbəkə idarəetməsi və SkyConnect proqram tətbiqindən istifadə edərək “yerində” dəyişikliklər etmək imkanı.
• Şəbəkə trafikinin təhlükəsiz və səmərəli idarəetməsini təmin edən genişləndirilmiş qabaqcıl səviyyə 2 funksiyaları vasitəsilə çoxicarəli xidmət səmərəliliyinin artırılması.
• IP67 qoruma dərəcəsi və aşırı gərginlikdən qoruma dərəcəsi ilə olan korpus sayəsində sərt şəraitdə işləmə müddətinin artması.
• AES-256 şifrələməsindən istifadə edərək məlumatların təhlükəsiz şəkildə ötürülməsi.
Onu da qeyd etmək lazımdır ki, EnGenius daxilə quraşdırılmış panel və sektor antenaları, eləcə də daha çox çevikliyə malik xarici antenaları qoşmaq imkanı olan bir neçə EOC655 seriyalı modeli təqdim edir.
Yeni EOC655 seriyası, eləcə də digər EnGenius həlləri haqqında ətraflı məlumatı engenius@muk.group elektron poçt ünvanına yazmaqla əldə etmək olar.