Xəbər
2023-04-18
H3C şirkəti əməliyyatları sadələşdirmək və əlavə xərclər olmadan mərkəzləşdirilmiş idarəetməni mərkəzləşdirilmiş idarəetməni asanlaşdırmaq üçün qrafik veb interfeysi ilə quraşdırılmış şəbəkə idarəetmə vasitəsi olan SmartMC-ni təqdim etdi.
Şəbəkələrin genişləndirilməsi onların sərhədləri boyunca giriş cihazlarının sayının artırılmasını tələb edir. Bu cür giriş cihazlarının idarə edilməsi və istismarı çox mürəkkəb və zəhmət tələb edən bir proses ola bilər. Smart Management Center (SmartMC) olan ağıllı idarəetmə mərkəzi şəbəkənin sərhədləri boyunca səpələnmiş şəbəkə qurğuları üçün çoxsaylı nəzarət, idarəetmə və xidmət funksiyalarını birgə vəhdət şəklində birləşdirən bir platformanı təqdim edir. Bu platforma kütləvi cihazların idarə olunması prosesini asanlaşdırmaq imkan verir. SmartMC şəbəkəsində yalnız bir cihaz "komandir" rolunu oynayır, digərləri isə iştirakçı rolunu oynayırlar.
H3C SmartMC aşağıdakı imkanları təklif edir:
• İntellektual idarəetmə. Cihazların rollarındakı dəyişikliyi, şəbəkə topologiyası haqqında məlumatların toplanmasını, çıxan interfeysin tənzimlənməsini və Ethernet kanallarının avtomatik birləşməsini ehtiva edir.
• İntellektual istismar və təmir-baxım xidməti. İştirakçıların yenilənməsini, konfiqurasiya fayllarının kütləvi ehtiyat nüsxələnməsini, VLAN-ın yerləşdirilməsini, portların intellektual identifikasiyasını, resursların monitorinqini və xətalı cihazların əvəzlənərək dəyişdirilməsini ehtiva edir.
• İdarəetmənin görüntüsü. Buraya şəbəkə topologiyasının idarə edilməsi, iştirakçıların əlavə edilməsi, cihazların siyahısının və onların cari vəziyyətinin əks olunması daxildir.
• İntellektual xidmət. İstifadəçilərin yaradılması və aktivləşdirilməsi buraya daxildir.
SmartMC şəbəkəsi aşağıdakı elementləri özündə ehtiva edir:
• Komandir həm də SmartMC şəbəkəsinin bütün elementlərini idarə edən topologiya ustadı (TU) da adlandırılır.
• İştirakçı həm də komandirin idarə etdiyi topologiyanın müştərisi (TM) də adlandırılır.
• Fayl serveri komandir və iştirakçılar üçün proqram təminatının yüklənilən təsvirlərini və konfiqurasiya fayllarını saxlayır. Üzvlər komandirin verdiyi əmrlərə uyğun olaraq serverdən lazımi faylları əldə edirlər. Fayl serveri müstəqil server ola bilər və ya komandir ya da iştirakçı ilə uyğunlaşdırıla bilər. Komandir və ya iştirakçı üzərindəki yükü azaltmaq üçün müstəqil bir fayl serveri yerləşdirmək daha məqsədəuyğun olar.
Bütün cihazların komandirə şəbəkə qoşulmasının ilkin tənzimlənməsi prosesi həm avtomatik şəkildə, həm də əl ilə həyata keçirilə bilər. Daha sonra NETCONF sessiyası hər bir cihaz üzərinə quraşdırılır və lazımi konfiqurasiya göndərilir. Lazım gələrsə, kənardan hər bir ayrı cihazı idarə etmək mümkündür.
Spesifik xüsusiyyətləri arasında quraşdırılmış idarəedicidən ibarət modellər üçün birbaşa SmartMC konsolundan naqilsiz şəbəkələrin sadə tənzimləmə imkanının olmasını qeyd etmək mümkündür. Daha incə bir quraşdırma üçün idarəedicinin interfeysinə yönləndirmə aparılacaqdır.
Video nəzarət şəbəkələri üçün kameraların vəziyyətini izləmək üçün quraşdırılmış bir funksionallıq vardır. Onların MAC-ünvanlarını daxil etmək kifayət edir ki, bütün kameralar topologiyada əks olunsun.
Telefoniya istifadəçiləri üçün şəbəkədə audio və video trafikini izləmək imkanı verən “SIP-based service quality analysis” keyfiyyət analizinin birbaşa paneldən konfiqurasiyasını etmək mümkündür.
H3C SmartMC əlavə yatırımlar tələb etməyən kiçik şəbəkələr üçün mərkəzləşdirilmiş nəzarət-idarəetmənin və monitorinqin əla funksionallığını təklif edir. O, bir çox Layer3 kommutatorlarına və marşrutlaşdırıcılara quraşdırılmışdır.
New H3C Technologies yeni texnoloji avadanlıqları barədə daha ətraflı məlumatı +994 12 464 43 50 telefon nömrəsindən və ya azerbaijan@muk.ua elektron ünvanından əldə etmək olar.