Azərbaycan
English
Azərbaycan
Shqiptare
Հայերեն
Български
ქართული
қазақ
Кыргызча
Македонски
Румынский
Монгол
Русский
Српски
Slovenščina
Тоҷикӣ
Türk
Türkmenler
o'zbek
Українська
Hrvatski
MUK
  • Ölkələr
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniahu.pngMacarıstanmd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan
  • Həllər
    MUK vendorlarıMUK həlləriMəhsullar və xidmətlər kataloqu
  • Xəbərlər
    Xəbərlər və AksiyalarMUK jurnalıVideo
  • İstiqamətlər
    IT distribusiyasıTədris mərkəziXidmət mərkəziMUK Cloud bulud servisləri
  • Şirkət haqqında
    MUK haqqında əsasKorporativ profaylVakansiyalar
  • Diller bölməsi
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniamd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan

MUK şirkəti Palo Alto Networks tərəfindən MDB regionunda ən yaxşı distribyutor kimi tanındı

Xəbər

2025-02-28

MUK şirkətlər qrupu kibertəhlükəsizlik bazarının aparıcı iştirakçılarından biri kimi tanınan Palo Alto Networks tərəfindən fəxri mükafata layiq görüldü. Şirkət müxtəlif ölçülü təşkilatlarda Palo Alto Networks həllərinin tətbiqi və təşviqində əldə etdiyi yüksək nəticələrə görə “CIS Distributor of the Year” (yəni MDB-də İlin Distribyutoru) adına layiq görüldü.

Palo Alto Networks şirkəti tərəfindən İstanbulda təşkil edilən Partner Xchange tədbirində ilin yekunlarına görə istehsalçının ən yaxşı tərəfdaşlarının mükafatlandırma mərasimi keçirildi.

MUK şirkətlər qrupu növbəti dəfə “CIS Distributor of the Year” (MDB-də İlin Distribyutoru) adına layiq görüldü. Palo Alto Networks-in illik mükafatları ötən il əsas biznes istiqamətlərində əhəmiyyətli uğurlar qazanmış tərəfdaşlara verilir. Ən yaxşı distribyutor seçilərkən əla biznes nəticələri, etibarlı rəqəmsal mühafizənin yaradılmasında müştəriyə və tərəfdaşlara dəstək, yüksək səviyyəli servis dəstəyi və birgə marketinq təşəbbüslərində fəal iştirak kimi amillər nəzərə alınır. Palo Alto Networks komandası il ərzində MUK tərəfindən müştərilər və tərəfdaşlar üçün təşkil olunmuş uğurlu təlimləri, ustad dərslərini və ya master-klasları və seminarları xüsusilə qeyd etdi.

MUK şirkətlər qrupu Palo Alto Networks-in Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan və Ukraynadakı rəsmi distribyutorudur. Bundan əlavə, MUK-un öz tədris mərkəzi var. Həmin mərkəzdə tərəfdaşlar və müştərilər üçün sertifikatlaşdırılmış Palo Alto Networks təlimləri keçirir. Şirkətlər arasındakı əməkdaşlıq 2020-ci ilin sonunda başlamışdır. Bu mükafat isə bir daha MUK mütəxəssislərinin yüksək səviyyəli təcrübəyə və biznesin effektiv idarə edilməsi bacarıqlarına malik olduğunu təsdiqləyir.

Şirkət müxtəlif ölçülü təşkilatlarda Palo Alto Networks həllərinin tətbiqi və təşviqində görkəmli nəticələrinə görə 2024-cü ilin sonunda İlin MDB Distribyutoru adına layiq görülüb

Palo Alto Networks həllərinin alınması ilə bağlı ətraflı məlumatı paloalto@muk.group elektron ünvanına yazaraq əldə edə bilərsiniz.

© 2008-2025 MUK. Bütün hüquqlar qorunur.