Xəbər
2024-03-25
Check Point Software Technologies süni intellektlə dəstəklənən ən ideal bulud əsaslı yüksək təhlükəsizlik həlli olan Quantum Force Gateway şlüzləri seriyasını təqdim etdi.
Rəqəmsal və bulud transformasiyası günümüzdə getdikcə artan yüksək sürətlə baş verir. Əksər təşkilatlarda normaya çevrilən hibrid iş formatı işçilərin uzaqdan maneəsiz işləməsini təmin etmək üçün təhlükəsiz və sürətli şəbəkələrə ehtiyacı artırır. Bu, şirkət resurslarının qorunmasını və onların əməliyyat səmərəliliyinin dəstəklənməsini çətinləşdirən müxtəlif kibertəhlükəsizlik problemləri ilə bağlıdır. Mürəkkəb texnoloji məsələləri həll edərkən və şifrələnmiş trafikin təhlükəsizliyini təmin etməyə çalışarkən müəssisələr həm də resursları optimallaşdırmaqla yanaşı, təhlükəsizlik səviyyəsini daim təkmilləşdirməlidir.
Check Point korporativ məlumat emalı mərkəzləri, şəbəkə perimetrləri, kampuslar və istənilən ölçülü müəssisələrin ciddi təhlükəsizlik tələblərinə cavab vermək üçün işlənib hazırlanmış on ən yüksək performanslı Point Quantum Force şəbəkələrarası ekrandan ibarət innovativ seriyanı buraxdı. Quantum Force təhlükəsizlik şlüzləri bulud əsaslı təhlükəsizlik analitikasını, təhdidlərə cavab reaksiyası verən mürəkkəb avtomatlaşdırılmış sistemi və 50-dən çox süni intellekt mexanizmini özündə birləşdirən təkmilləşdirilmiş Check Point Infinity platformasına əsaslanır. Onlar 99.8% misli görünməmiş zərərli proqram bloklama dərəcəsinə çatmaqla, süni intellektlə işləyən təhdidlərin qarşısının alınma sürətini 1 Tbit/s-ə çatdırır. Yeniliklər təhdidlərin qarşısının alınması üzrə artırılmış performansı, ikiqat azaldılmış enerji istehlakını və məkanın optimallaşdırılması üçün yığcam 1RU/2RU forma faktorlarını, həmçinin ən sərt təhlükəsizlik ssenarilərinin təmin edilməsi üçün vahid idarəetməni təklif edir.
Check Point Quantum Force texnoloji infrastrukturu sadələşdirməklə, elektrik enerjisi və əməliyyat xərclərini azaltmaqla şəbəkə performansını artıran sərfəli həll yolu təqdim edir. Bu şəbəkələrarası ekranlar 63.5 Gbit/s-ə qədər təhlükələrin qarşısının alınması zamanı yüksək performansı təmin edir. Yığcam forma faktoru və 1/10/25/40/100 Gbit/s yüksək interfeys sıxlığı yeni cihazların səmərəliliyinin artırılmasına imkan yaradır. Quantum Force şəbəkə ilə bağlı dəyişən müştəri tələblərinə rahat uyğunlaşmaq və ikiqat artıq enerji səmərəliliyini təmin etmək üçün nəzərdə tutulmuş unikal modul arxitekturasına malikdir.
Sənayedə mürəkkəb təhdid və hücumların bloklanması sistemindəki aparıcı rolu sayəsində Quantum Force avtomatlaşdırılmış cavab reaksiyalarını, real vaxt rejimində qlobal analitikanı və inkişaf edən kibertəhlükələrdən fəal şəkildə qorunmaq imkanı verən 50-dən çox süni intellekt mexanizminin səmərəliliyini təmin edir.
Qeyd etmək lazımdır ki, məlumat emalı mərkəzləri yerli, bulud və FWaaS (xidmət kimi şəbəkələrarası ekran) mühitlərində konsolidasiya edilmiş təhlükəsizliyin və siyasətin idarə edilməsi vasitəsilə təhlükəsizliyin təmin edilməsi üzrə əməliyyatları optimallaşdıra bilər.
Yeni Quantum Force seriyası, eləcə də digər Check Point həlləri haqqında daha ətraflı məlumatı checkpoint@muk.group elektron poçt ünvanına yazmaqla əldə edə bilərsiniz.