Xəbər
2024-01-16
IBM şirkəti artıq səkkizinci dəfə ard-arda görmə qabiliyyətinin tamlığına və strukturlaşdırılmamış məlumatlar üçün genişmiqyaslı saxlama sistemləri sahəsindəki həllərinə görə paylanan fayl sistemləri və obyektlərin saxlanması sahəsi üzrə 2023-cü ilin “Gartner Magic Quadrant” Lideri seçilib.
IBM-in proqram təminatı ilə müəyyən edilmiş saxlama portfeli dörd məhsuldan ibarətdir: IBM Storage Scale, IBM Storage Scale System, IBM Cloud Object Storage və IBM Storage Ceph.
IBM Storage for Data and AI həlləri strukturlaşdırılmamış məlumatların potensialını açmaq və biznesin inkişafını və innovasiyanı sürətləndirmək məqsədilə nəzərdə tutulub. Bu, süni intellektin aşkarlanması və təsnifatının təkmilləşdirilməsi, məlumat müxtəlifliyinin aradan qaldırılması, məlumatların optimallaşdırılması və naməlum amillərdən qorunması yolu ilə əldə edilir. Fayl və obyekt məlumatları üçün IBM Storage süni intellekt proqramlarını sürətləndirən, platformalar və iş yükləri arasında müştərək işi təkmilləşdirən, ekoloji baxımdan təmiz ətraf mühit və xərclərin azaldılması təşəbbüslərini dəstəkləyən və həmçinin məlumatları qoruyan məhsul və xidmətlərin inteqrasiya olunmuş dəstidir. Sözügedən portfel məlumatlar və süni intellekt ilə bağlı problemləri daha sürətlə həll etməyə kömək edən qlobal məlumat platformasını, kataloqlaşdırma, indeksləşdirmə mexanizmlərini və verilənlər bazası siyasətini özündə birləşdirir.
IBM Storage birlikdə qlobal məlumatlar platformasını formalaşdıran dörd əsas xidməti təqdim edir.
Məlumatlara çıxış xidməti - süni intellektin və iş axını proseslərinin sürətləndirilməsi:
• 256 GB/s-ə qədər oxuma, 145 GB/s-ə qədər və 13 milyon İOP-a qədər yazma imkanı;
• Eyni verilənlər üzərində faylları və ya obyektləri oxumaq/yazmaq üçün API;
• NFS/SMB/S3/POSIX/HDFS/CSI/Container Native Access/GPUDirect Storage dəstəyi;
• Hibrid bulud girişi və istənilən yerdən yüksək performans üçün platformalarda və ya buludda yerləşdirmə.
Məlumat keşləmə xidməti – saytlar/iş yükləri arasında müştərək işin yaxşılaşdırılması:
• Müxtəlif istehsalçıların yaddaş (saxlama) qurğularının qoşulması;
• Çox buludlu S3 yaddaş (saxlama) qurğusunun qoşulması (IBM Cloud, AWS, GCP);
• Şəffaf arxivləşdirmə və davamlılığın təmin edilməsi üçün məlumatların söndürülməsi məqsədilə lent bağlantısı;
• Aktiv çoxsaytlı replikasiya və əlçatanlıq.
Məlumatların idarə edilməsi xidməti – ekoloji cəhətdən təmiz və aşağı xərc tələb edən təşəbbüslərin dəstəklənməsi:
• Siyasət əsaslı arxiv, məlumatların istifadə müddəti və məlumatların azaldılması;
• İndeksləşdirmə, axtarış və optimallaşdırma üçün daxil edilmiş məlumat kataloqu;
• Tez və asan quraşdırma, idarəetmə və nasazlıqların aradan qaldırılması üçün işlənib hazırlanmış GUI interfeysi;
• 24/7 rejimində girişi təmin edən onlayn yeniləmə və genişləndirmə.
Məlumatların bərpası xidməti – məlumatların müxtəlif təhlükələrdən qorunması:
• Kiberdavamlılıq və sürətli bərpanın təmin edilməsi üçün təhlükəsiz şəkildə qorunan nüsxə və CyberVault;
• 99.9999-a qədər əlçatanlıq (altı doqquz);
• Kibertəhlükəsizliyi fəal şəkildə artırmaq üçün CyberProtect;
• SEC17a-4 standartı üzrə sertifikatlaşdırılmış hərtərəfli şifrələmə və konfiqurasiyalar;
• Ehtiyat nüsxələmənin genişmiqyaslı mühafizəsi.
IBM həllərinin alınması ilə bağlı ətraflı məlumat üçün ibm@muk.group elektron poçt ünvanına yaza bilərsiniz.