Azərbaycan
English
Azərbaycan
Shqiptare
Հայերեն
Български
ქართული
қазақ
Кыргызча
Македонски
Румынский
Монгол
Русский
Српски
Slovenščina
Тоҷикӣ
Türk
Türkmenler
o'zbek
Українська
Hrvatski
MUK
  • Ölkələr
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniahu.pngMacarıstanmd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan
  • Həllər
    MUK vendorlarıMUK həlləriMəhsullar və xidmətlər kataloqu
  • Xəbərlər
    Xəbərlər və AksiyalarMUK jurnalıVideo
  • İstiqamətlər
    IT distribusiyasıTədris mərkəziXidmət mərkəziMUK Cloud bulud servisləri
  • Şirkət haqqında
    MUK haqqında əsasKorporativ profaylVakansiyalar
  • Diller bölməsi
    al.pngAlbaniyaam.svgArmeniaaz.svgAzərbaycanbg.pngBulgariahr.pngXorvatiyage.svgGürcüstankz.pngQazaxıstankg.pngQırğızıstanmk.pngNorth Macedoniamd.pngMoldovamn.pngMonqolustanae.pngUnited Arab Emiratesrs.pngSerbiyasi.pngSloveniyatj.pngTacikistantr.svgTürkiyətm.pngTürkmənistanua.pngUkraynauz.svgÖzbəkistan

Provayder üçün 400G: Sparkle Juniper Networks 400G platformasını seçir

Xəbər

2023-06-13

Juniper Networks şirkəti İtaliyanın Sparkle telekommunikasiya operatorunun infrastrukturunda 400G platformasını yerləşdirib.

Sparkle İtaliyanın aparıcı xidmət provayderi və İP sahəsində xidmət göstərən beş şirkətdən biri olan qlobal telekommunikasiya bazarının ən böyük oyunçularından biridir. Şirkətin Avropa, Aralıq dənizi və Amerikadakı əsas regional sistemləri, eləcə də əsas beynəlxalq sualtı magistralları da daxil olmaqla 600.000-dən çox fiber optik şəbəkəsi var. Sparkle ötürmə qabiliyyətinə olan artan tələblərə cavab vermək üçün Juniper 400G platformasını yerləşdirdi. Bu həll həmçinin Sparkle şirkətinə elektrik enerji xərclərini optimallaşdırmağa və yerləşdirmə sahələrində yerə qənaət etməyə imkan verəcəkdir. Juniper Networks 400G Sparkle şirkətinə imkan verəcək ki, müştərilərə üstün xidmət keyfiyyəti göstərsin, rəqabətqabiliyyətli qiymət və ən yüksək performans təqdim etsin.

Juniper Networks 400G asan idarə edilir və daha az port istifadəsini tələb edir. Juniper-in yarımkeçirici komponentlər sahəsindəki yenilikləri gigabit başına düşən vatları azaltmaq və bununla da daha aşağı güc səviyyələrində yüksək sürətli məlumat ötürmək imkanı verir.

Sparkle yüksək performanslı PTX seriyalı marşrutlaşdırıcıları, bulud hesablamaları üçün optimallaşdırılmış platformaları yerləşdirdi. Bu da öz növbəsində Juniper-in ən son nəsil çiplərinə xas olan ötürmə qabiliyyətini və çevikliyini təmin etməklə yanaşı, 400G-ə problemsiz və rahat keçidi həyata keçirir. PTX seriyası ultra yüksək port sıxlığı, 400GbE dəstəyi, çevik filtrləmə və möhkəm şəbəkə əməliyyat sistemi təklif edir.

400G texnologiyası Sparkle şirkəti üçün yeni miqyaslılıq səviyyəsinə zəmanət verir. 400G optik qbuledici-ötürücü modulları daha kiçik fiziki məkanda eyni ötürmə genişliyini təmin edərək hər bitə düşən daha aşağı qiymət almağa imkan verir. 400G dəstəkli şəbəkə - davamlı şəkildə artan trafik ilə mübarizə aparan Sparkle kimi böyük provayderlər üçün atılan çox önəmli addımdır.

Juniper Networks həllərinin alınması barədə daha ətraflı məlumatı juniper@muk.group elektron ünvanına yazaraq əldə edə bilərsiniz.

© 2008-2025 MUK. Bütün hüquqlar qorunur.