Xəbər
2023-05-10
IBM şirkəti yeni FlashSystem saxlama sistemləri üçün üçüncü nəsil FlashCore modullarını buraxdı.
IBM artıq kifayət qədər uzun müddətdir ki, FlashCore modullarının işlənib hazırlanması ilə məşğuldur və onlar IBM FlashSystem portfelinin əsasında durur. Yeni üçüncü nəsil FlashCore FlashSystem 5200, FlashSystem 7300 və FlashSystem 9500 massivlərində istifadə olunur.
FlashSystem 9500 performansı, tutumu və qoşulma imkanlarını ikiqat artıran IBM FlashSystem 9200 üçün vacib platformadır. Dörd ədəd 24 nüvəli Intel Ice Lake prosessoru və 3 TB-a qədər DRAM keş yaddaşı sayəsində bu sistem 48-ə qədər Fibre Channel və ya RoCE ethernet portunu dəstəkləyərək saniyədə 2.4 milyon giriş-çıxış əməliyyatları sürətini təmin edə bilir.
9500 seriyası ilə bağlı performansın bir hissəsi PCIe 4 interfeys məhsulları seriyasına aid son nəsil Intel Ice Lake prosessorlarından istifadə ilə şərtləndirilir. Habelə, performansla bağlı qalan artımlar və tutumla bağlı bütün artımlar yeni IBM FlashCore v3 modulu sayəsində baş verir. Onun köməyilə FlashSystem 9500 sistemi 3:1 sıxılmasını təmin etməklə 4U korpusunda effektiv 4.6 PB məlumat həcmini təmin edə bilir.
IBM FlashSystem 7300 də həmçinin yeni FlashCore v3 modullarından istifadə edir. Bu sistem əvvəlki nəsil FlashSystem 7200 ilə müqayisədə 25% performans artımını təmin edir. FlashSystem 7300 2.2 PB-ə qədər xidmət göstərir. FlashCore v3 modulları 9500 seriyalı modellərdə olduğu kimi bu massiv üçün də eyni 3:1 sıxılmasını təmin edir.
IBM FlashCore adi SSD deyil. O, təkcə NVMe interfeysi vasitəsilə məlumatlara xidmət etmir. Eyni zamanda IBM FlashCore mürəkkəb hesablama aparan yadda saxlama cihazıdır. Modul daxilindəki məntiq QLC fleş yaddaşına TLC əsaslı həllərin böyük əksəriyyəti ilə müqayisədə daha yüksək sıxlıqda daha yaxşı və daha etibarlı şəkildə işləməyə imkan verir.
FlashCore standart NVMe fleş yaddaşı ilə müqayisədə iki dəfə daha uzun müddətli xidmət edən cihaz yaratmağa imkan verir. Son nəsil IBM FlashCore 22 TB-dan 116 TB-a qədər olan effektiv tutumlar şəklində mövcuddur. Bütün bunları 2.5 düymlük ikiportlu U.2 NVMe forma faktorunda görə bilərsiniz.
Modulun içərisində nə yerləşir? FlashCore keşləmə üçün NAND, DRAM və MRAM fleş yaddaşlarından ibarət hesablayıcı yadda saxlama qurğusunu özündə ehtiva edir, eləcə də ənənəvi sərt disklərdən fərqli olaraq daha çox funksionallığı təmin etmək üçün böyük miqdarda hesablama resurslarını birləşdirən hesablayıcı yadda saxlama cihazından ibarətdir. O, həmçinin saxlama massivindən sıxılma kimi hesablama işlərinin bir hissəsini öz üzərinə götürür və bu işi yaddaş cihazının özündə həyata keçirir. Nəticədə isə çox səmərəli və çevik bir arxitektura alınır.
Yaddaşın hesablama hissəsi çevik və təkrar proqramlaşdırıla bilən məntiqi massivlərə quraşdırılmış ARM prosessor nüvələridir. Bu məntiqin əsas məqsədi QLC modulunun fleş yaddaşını idarə etməkdir. Bir tərəfdən, QLC daşıyıcıları adətən məlumat saxlama sistemlərində daha çox istifadə edilən TLC fleş yaddaşı ilə müqayisədə nisbətən daha yavaşdır və daha az davamlılığa malikdir. Bununla belə, onun öz üstünlükləri də var. Məsələn, belə yaddaş nisbətən daha ucuz başa gəlir və daha yüksək sıxlığa malikdir. Buna görə də, bu cür yaddaş qurğularının çatışmazlıqlarını aradan qaldıraraq, onların bazasında yüksək sıxlıqlı enerjiyə qənaət edən massivləri yaratmaq mümkündür.
IBM bazarda istənilən TLC əsaslı həllərdən fərqli olaraq daha etibarlı və nisbətən daha sürətli olan QLC fleş yaddaş qurğularını yarada bilmişdir. Burada çoxlu sayda aşağı səviyyəli texnologiyalar iştirak edir, halbuki işin mahiyyəti NAND-ın işləmə qabiliyyətinin blok səviyyəsində idarə edilməsindən ibarətdir. Bütün bunlar etibarlılığı artıracaq şəkildə hər bir FlashCore modulunda proqramlaşdırılmışdır.
O cümlədən, qeyd etmək lazımdır ki, FlashCore modulu əsas diqqətini istənilən korporativ saxlama massivinin ən vacib atributlarından biri kimi sıxılmaya yönəldir. Bu, saxlama sisteminin səmərəliliyinə və qiymətinə müsbət təsir göstərir. Sıxılmanın məqsədi lazımi yerlərdə saxlama tətbiqlərini yükləmək və sürətləndirməkdən ibarətdir.
IBM həllərinin əldə edilməsi ilə bağlı ətraflı məlumatı ibm@muk.group elektron ünvanına yazmaqla ala bilərsiniz.