Xəbər
2023-05-01
Dell Technologies Şirkəti yüksək performansı təmin edən və enerji baxımından səmərəli konstruksiyadan ibarət yeni nəsil PowerEdge serverlərini təqdim etdi.
İstehsalçı PowerEdge server portfelini məlumat mərkəzlərində, ictimai buludlarda və fiziki saytlarda resurs baxımından sıx hesablamalar üçün performans və etibarlılığı artırmaqdan ötrü nəzərdə tutulmuş on üç yeni nəsil modellə zənginləşdirdi.
4-cü Nəsil Intel Xeon miqyaslı prosessorları olan yeni nəsil PowerEdge yerüstü və çoxqovşaqlı serverlər enerji səmərəliliyi və xərclərin optimallaşdırılması üçün yeni Smart Flow dizaynı kimi Dell proqram təminatı və mühəndislik nailiyyətlərini özündə birləşdirir. Dell APEX genişləndirilmiş imkanları təşkilatlara hesablama resurslarını maksimum dərəcədə artırmaq və riski minimuma endirməklə İT əməliyyatlarının səmərəliliyini artırmaqdan ötrü "xidmət kimi yanaşma" tətbiq etməyə kömək edəcəkdir.
Bir sıra komponentlər yeni serverlərin işini yaxşılaşdırmağa kömək edir. Məsələn, hər DIMM modulu üçün iki kanallı DDR5 (4800 MT/s) yaddaş vardır. O, daha yüksək məlumat ötürmə sürətini və ötürmə qabiliyyətini, eləcə də temperatur və sistemlərin idarə edilməsi barədə hesabat üçün təkmilləşdirilmiş telemetriyanı təmin edir. Beşinci nəsil 5 PCIe imkanları 4-cü nəsil PCIe ilə müqayisədə ikiqat ötürmə qabiliyyətini təmin edir. PCIe Gen5 NVMe yaddaş daşıyıcıları ilə olan yeni E3.S forma faktoru daha aşağı TCO və daha yaxşı qiymət/güc nisbətini təmin edən genişlənən sıxlıq, termosabitlik və məhdud məkanlı serverlərdə daha yaxşı yerləşdirməni təmin edir. RAID nəzarətçiləri daha yüksək yaddaş sıxlığı, daha yaxşı performans və daha yaxşı hava axını təmin edən PERC12 və RAID-massivinin daha sürətli yenidən qurulması sayəsində dayanma müddətini azaltmaq imkanı verən BOSS-N1-dir.
Yeni Dell PowerEdge serverləri süni intellekt və analitikadan tutmuş geniş miqyaslı verilənlər bazasına qədər bir sıra tələbkar iş yükləri üçün nəzərdə tutulub. Genişləndirilmiş portfelə süni intellektə və maşın öyrənməsinə əsaslanan tam istehsalat platforması üçün NVIDIA H100 qrafik proseslorlu və NVIDIA AI Enterprise proqram təminatı dəstli PowerEdge XE server ailəsi daxildir.
Dell PowerEdge HS5610 və HS5620 modelləri iri miqyaslı məlumat emalı mərkəzlərini idarə edən bulud xidməti təminatçıları üçün nəzərdə tutulmuş optimallaşdırılmış həllərdir. 1U və 2U forma faktorlarında mövcud olan bu yeni iki prosessorlu serverlər çoxsaylı təchizatçıların avadanlıq parkının idarə edilməsini asanlaşdıran OpenBMC əsaslı həll yolu olan Dell Open Server Manager ilə əlçatandır.
Növbəti nəsil PowerEdge serverləri təkmilləşdirilmiş performansı təmin edir. Məsələn, Dell PowerEdge R760 Intel Deep Learning Boost və Intel Advanced Matrix Extensions ilə birgə olan 4-cü Nəsil Intel Xeon Scalable prosessorlarında 2.9 dəfə daha sürətli Aİ nəticəsini çıxarır. Model həmçinin əvvəlki nəsillə müqayisədə bir serverdə VDI istifadəçilərinin sayını 20%, SAP Sales & Distribution istifadəçilərinin sayını isə 50%-dən çox artırmaq imkanı verir. PowerEdge sistemləri NVIDIA Bluefield-2 məlumat emalı modulları ilə birgə əlçatandır. Bu isə enerji səmərəliliyini artıran özəl, hibrid və çoxbuludlu yerləşdirmələrdə ideal olan əlavə yük boşaltma, sürətləndirmə və iş yükünün izolyasiyasını təmin etmə imkanı verir.
Monitorinq üçün Dell proqram təminatının təkmilləşdirilmələri və yeni xidmətlər serverin idarəedilməsini daha da asanlaşdırır. Onların arasında aşağıdakıları qeyd etmək lazımdır:
• Dell CloudIQ - harada yerləşməsindən asılı olmayaraq serverlər barədə hərtərəfli təsviri təmin etməklə proaktiv monitorinq, maşın öyrənməsi və proqnozlaşdırıcı analitikanı özündə birləşdirən proqram təminatıdır. Yeniləmələrə server performansının proqnozlaşdırılması, xidmət əməliyyatlarının seçilməsi və yeni virtualizasiyanın vizuallaşdırılması üzrə təkmilləşdirmələr daxildir.
• Dell ProDeploy Xidmətləri. Dell ProDeploy Factory Configuration konfiqurasiyası müştərilərə PowerEdge serverlərini quraşdırmaya hazır vəziyyətdə və müştərinin üstünlük verdiyi əməliyyat sistemini, hipervizor proqram təminatını və RAID, BIOS və iDRAC üçün parametrləri əvvəlcədən konfiqurasiya edilmiş vəziyyətdə almağa imkan verir. Dell ProDeploy Rack Integration xidməti öz məlumat emalı mərkəzindəki mühitini genişləndirən və ya İT modernizasiya ilə məşğul olan şirkətlər üçün ideal olan işə hazır vəziyyətdə dayanan serverləri təqdim edir.
• Dell iDRACməsafədən giriş nəzarətçisi sertifikat müddətinin bitməsi barədə bildiriş, Dell konsolları üçün telemetriya və qrafik prosessor monitorinqi kimi yenilənmiş funksiyalar sayəsində sistemin yerləşdirilməsini və diaqnostikasını asanlaşdırır.
Yeni Dell PowerEdge müştərilərə 2017-ci ildə buraxılmış Intel Xeon miqyaslı prosessorlar ilə olan 14-cü Nəsil serverləri ilə müqayisədə performansın 3 dəfəyə qədər yüksəldilməsini təklif edir. Bu isə bütün gələcək nəsil sistemləri üçün tutulan yerin azaldılmasını, o cümlədən daha çox güc və səmərəliliyi təmin edir.
Yeni serverlərin əsas xüsusiyyətləri bunlardır:
• Dell Smart Flow dizaynı - əvvəlki nəsil serverləri ilə müqayisədə hava axınını artırır və fan gücünü 52% azaldır. Smart Flow dizaynı sistemləri sərinlətmək üçün daha az enerji sərf etməklə daha yüksək server performansını dəstəkləyir, nəticədə məlumat emalı mərkəzlərinin səmərəliliyinin artmasına gətirib çıxarır.
• Dell OpenManage Enterprise Power Manager 3.0 proqram təminatı - Müştərilər ümumi enerji sərfiyyatını azaltmaq üçün səmərəliliyi və soyutmanı daha yaxşı idarə edə, karbon emissiyalarını izləyə və güc limitlərini 82%-ə qədər daha sürətli şəkildə təyin edə bilərlər. Bu, serverlərin ümumi istifadəsinə, virtual maşınların və obyektlərin enerji istehlakına nəzarət etməyə, maye soyutma sistemlərində sızmaları aşkar etməyə və s.-yə imkan verir.
• Məhsulun Ətraf Mühitin Qiymətləndirilməsi Aləti (EPEAT). EPEAT işarələnməsi dedikdə, məsuliyyətli alış qərarını nümayiş etdirən texnoloji sektordan olan məhsul və xidmətləri əhatə edən bir anlayış başa düşülür. Dörd yeni nəsil Dell PowerEdge serveri EPEAT gümüşü, 46 sistem isə bürünc rəngli nişanla olacaq.
Gələcək nəsil PowerEdge serverləri İT təşkilatları mühitində Zero Trust modelinin tətbiqini sürətləndirməyə kömək edir. Sistemlər hər bir istifadəçi və qurğunun potensial təhlükə olduğunu nəzərə alaraq girişi daim yoxlayır. Avadanlıq səviyyəsində Dell Secured Component Verification (SCV) dizayn layihələmndirmədən tutmuş çatdırılmaya qədər bütün mərhələlərdə təhlükəsizliyi yoxlamağa kömək edir. Bundan əlavə, çoxfaktorlu autentifikasiya və daxilə quraşdırılmış iDRAC giriş icazəsi verməzdən əvvəl istifadəçiləri yoxlayır və doğrulayır.
Əməliyyat xərcləri ilə bağlı çeviklik axtaran müştərilər Dell APEX vasitəsilə abunə əsasında PowerEdge serverlərindən istifadə edə bilərlər. Məlumatların genişləndirilmiş şəkildə toplanması və prosessor əsasında saatlıq ölçmə hesablama resurslarının həddən artıq çox ayrılması ilə bağlı xərclərdən uzaq olmaq imkanı verəcəkdir.
Dell Technologies şirkəti həmçinin local olaraq, periferiya üzərində və ya paylanmış yerləşdirmələrdə “çılpaq dəmir parçası” üzərindki hesablama xidmətlərini təklif etmək imkanını verməkdən ötrü Dell APEX həllər portfelini genişləndirməyi planlaşdırır. Xidmətlər aylıq abunə əsasında əlçatan olacaq və APEX konsolu vasitəsilə asanlıqla konfiqurasiya oluna biləcək. Bu da müştərilərə iş yüklərini və əməliyyat ehtiyaclarını miqyaslana bilən və təhlükəsiz hesablama resursları vasitəsilə həyata keçirmək imkanı verəcəkdir.
Yeni serverlərin və ya digər Dell həllərinin alınması haqqında ətraflı məlumat üçün +38 (044) 492-2929 telefon nömrəsinə zəng edə və ya dell@muk.group electron poçt ünvanına yaza bilərsiniz.