Veritas – təşkilatlar üçün məlumatların saxlanmasının idarə edilməsi üçün proqram təminatı hazırlayan Amerika şirkətidir.
Veritas ehtiyat surətin çıxarılması və bərpası, biznesin fasiləsizliyinin təmin edilməsi, informasiya idarə olunması və saxlancların idarə olunması üçün həllər hazırlayır. O, masaüstü kompüterlərin, noutbukların, serverlərin və virtual maşınların, eləcə də məlumatların emalı mərkəzləri, uzaq ofislər və virtual mühitlər üçün ehtiyat sürətlərin çıxarılması və bərpasını təmin edən NetBackup qurğularının müdafiəsi üçün sistemin bərpası həllərini təklif edir.
1983-cü ildən bazarda təmsil edilməklə, bu gün şirkət İT infrastrukturunun müdafiəsi və idarə olunması sahəsində lider mövqelərdən birini tutur. Bütün proqram məhsulları özünün məlumatların ehtiyat surətlərinin çıxarılması və bərpası sahəsindəki innovasiyalı texnologiyalarına əsaslanır. Veritas məhsulları xətti üç əsas sahədə: əlçatanlıq, müdafiə və təhlil üzrə bir sıra inteqrasiya edilən məhsulları əks etdirir.